Pezeşkian köməkçisini vəzifəsindən azad etdi – Bahalı səyahətə getdiyi üçün…


İran Prezidenti Məsud Pezeşkian köməkçisi Şəhram Dəbirini vəzifəsindən azad edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, Pezeşkian öz qərarını Şəhram Dəbirinin Novruz bayramında Antraktidaya bahalı səyahətə getməsi ilə əsaslandırıb.
“İctimaiyyətin üzləşdiyi çoxsaylı iqtisadi çətinlikləri nəzərə alsaq, məmurların, hətta şəxsi hesablarına belə olsa, bahalı səyahətlərini nə müdafiə etmək, nə də haqq qazandırmaq olar. Bu, məmurların sadə həyat səviyyəsinə heç cür uyğun gəlmir”, - Pezeşkian bildirib.
Qeyd edək ki, Şəhram Dəbirinin Novruz bayram tətilində Antarktidaya bahalı səyahətə getməsi ilə bağlı mediada məlumatlar yayılıb. O, bu səyahətə dövlət hesabına yox, öz hesabına səyahətə çıxdığını bildirsə də, bu, qarşı tərəfi qane etməyib.

DİGƏR XƏBƏRLƏR

Top