Rusiyalı hokkeyçi NHL rekordunu təkrarladı


Rusiyalı hücumçu Aleksandr Oveçkin Milli Hokkey Liqasının (NHL) müntəzəm çempionatlarında vurulan qolların sayına görə kanadalı hücumçu Ueyn Qretskinin rekordunu təkrarlayıb.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, “Vashinqton”un “Çikaqo” ilə ev oyununda (5:3) Oveçkin iki dəfə fərqlənib və matçın üçüncü dövrəsinin 6:14-cü dəqiqəsində 894-cü qolunu vurub. Bununla da o, Ueyn Qretskinin tarixi rekordunu təkrarlayıb. Hazırda Oveçkin və Qretskinin adi mövsümlərdə hərəyə 894 qolu var.
Bu göstəriciyə çatmaq üçün rusiyalıya 1486, kanadalıya isə 1487 matç lazım olub. Müntəzəm çempionatın sonuna qədər “Vaşinqton” 6 oyun keçirəcək, növbəti görüşdə komanda aprelin 6-da səfərdə “Nyu York Aylenders”lə qarşılaşacaq.
Qeyd edək ki, 39 yaşlı Oveçkin 2005-ci ildən “Vaşinqton” klubunda çıxış edir. Hücumçu üç dəfə müntəzəm çempionatın ən yaxşı oyunçusu, doqquz dəfə ən yaxşı snayperi olub. O, üç dəfə “Ted Lindsey Evord”, bir dəfə “Art Ross Trofi” mükafatını qazanıb. 2018-ci ildə Oveçkin “Vaşinqton”la Stenli Kubokunu qazanıb.
Rusiya milli komandasının tərkibində Oveçkin üç dəfə (2008, 2012, 2014) dünya çempionu olub. Forvardın dünya çempionatında iki gümüş (2010, 2015) və dörd bürünc (2005, 2007, 2016, 2019) medalları da var.
Oveçkin üç dəfə Olimpiya Oyunlarında iştirak edib: 2006-cı ildə onun da daxil olduğu komanda üçüncü yer uğrunda görüşdə çexlərə uduzub; 2010 və 2014-cü illərdə Rusiya komandası turnirdəki iştirakını 1/4 final mərhələsində başa vurub.

DİGƏR XƏBƏRLƏR

Top