
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3301-ə çatıb, daha 4792 nəfər yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Bildirilib ki, 221 nəfər itkin düşənlər siyahısındadır.
Xatırladaq ki, martın 28-də Myanmada zəlzələ baş verib. Taylandın Meteorologiya Departamenti onun maqnitudasını 8,2 bal gücündə qiymətləndirib.
Tətbiqimizi yükləyə bilərsiniz