“ABŞ Ukraynaya silah tədarükünü davam etdirəcək” – Rutte


NATO-nun baş katibi Mark Rutte aprelin 11-də Brüsseldə Ukrayna üzrə təmas qrupunun toplantısında Amerika tərəfinin iştirak etməyəcəyinə baxmayaraq, ABŞ-dən Ukraynaya silah və kəşfiyyat axınının davam edəcəyini bəyan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, NATO xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Heç nə dəyişməyəcək. ABŞ-nin yardım və kəşfiyyat məlumatlarının axını davam edəcək. Sadəcə iclasa Almaniya və Böyük Britaniya sədrlik edəcək”, - Rutte deyib.

DİGƏR XƏBƏRLƏR

Top