Oqtay Əsədov türkiyəli və çexiyalı həmkarları ilə görüşüb

Sentyabrın 16-da Strasburqda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin toplantısında iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman və Çexiya parlamentinin sədri Yan Hamaçek ilə görüşləri olub. Milli Məclisdən verilən məlumata görə, görüşlərdə ölkələr arasında münasibətlərin, xüsusilə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Tərəflər konfransda müzakirə olunan məsələlər haqqında fikirlərini bölüşüblər.

APA

DİGƏR XƏBƏRLƏR

Top