
Abşeron rayonu, Qobu qəsəbəsində ötən gün avtoqəza nəticəsində qaz xətti yararsız hala düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, bu səbəbdən 03.04.25-ci il tarixdə saat 23:30-dan etibarən qaz təchizatı dayandırılıb.
Məlumata görə, Qobu qəsəbəsinin bir hissəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranıb:
“Hal-hazırda təmir-bərpa işləri aparılır”.
Tətbiqimizi yükləyə bilərsiniz