Dünyanın ən varlı 500 adamı bir gündə 208 milyard dollar itirdi


Dünyanın ən varlı 500 adamının ümumi sərvəti ABŞ Prezidenti Donald Trampın elan etdiyi rüsumların qlobal bazarları çökdürməsindən sonra 208 milyard dollar azalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
“Bloomberg Milyarderlər İndeksi”nə (BBI) görə, bu, indeksin 13 illik tarixində dördüncü ən böyük bir günlük azalma və COVID-19 pandemiyasından bəri ən böyük zərər olub.
Agentliyin məlunmatına görə, siyahıdakı milyarderlərin yarıdan çoxunun sərvətləri orta hesabla 3,3% azalıb.
Hesablamalara görə, ən çox amerikalı milyarderlər, xüsusən də “Meta” korporasiyasının rəhbəri Mark Zukerberq və “Amazon” şirkətinin qurucusu Ceff Bezos zərər çəkib.
Agentlik bildirir ki, ən böyük itkiyə Zukerberq düşüb. Belə ki, “Meta” səhmlərinin 9% azalması onun sərvətini 17,9 milyard dollar azaldıb.
“Amazon” şirkətinin səhmləri də 9% ucuzlaşaraq, Ceff Bezosun sərvətinin 15,9 milyard dollar azalmasına səbəb olub.
“Tesla”nın CEO-su İlon Mask isə şirkətin səhmləri 5,5% ucuzlaşdıqdan sonra 11 milyard dollar itirib.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib. O, idxal olunan mallara minimum rüsum dərəcəsini 10% müəyyən edəcəyini bildirib. Ayrı-ayrı dövlətlər üçün o, fərdi tariflər təyin edib. Tariflərin tətbiqindən sonra Amerika bazarı güclü eniş yaşayıb.

DİGƏR XƏBƏRLƏR

Top