“Ermənistan eyni vaxtda Aİ və Aİİ-də ola bilməz” – Qaluzin


“Ermənistan eyni vaxtda Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqında (Aİİ) ola bilməz”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
“Biz əminik ki, Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı kimi iki əks təşkilatda eyni vaxtda olmaq mümkün deyil”, - Qaluzin bildirib.
Diplomat həmçinin bildirib ki, Ermənistan müstəqil şəkildə öz inkişaf yolunu seçən suveren dövlətdir. Bununla belə, o, Aİİ üzvlüyünün faydalarının Ermənistan cəmiyyətinə izah ediləcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamenti ölkənin Avropa İttifaqına daxil olmaq niyyəti ilə bağlı qanun layihəsini yekun oxunuşda qəbul edib. Parlamentin spikeri Alen Simonyanın sözlərinə görə, qanun layihəsinin lehinə 64, əleyhinə isə 7 deputat səs verib.

DİGƏR XƏBƏRLƏR

Top