Xərçəngdən əziyyət çəkən Muradın köməyə ehtiyacı var...


Abşeron rayon sakini Murad Abuzərova bu ilin fevral ayında qan xərçəngi (kəskin miyeloid leykoz) diaqnozu qoyulub.
Ailə üzvlərinin Yeniavaz.com-a verdiyi məlumata görə, o, mart ayından Türkiyədə müalicə alır.
“Hazırda Türkiyənin paytaxtı Ankarada “Liv Hospital”da müalicə alır. Müalicəsi üçün 2 kurs kimyaterapiya və ilik nəqlinə ümumilikdə 102 min dollar tələb olunur. Hal-hazırda 2-ci kurs kimyaterapiya prosedurundan keçir və 20 gündən sonra sümük iliyinin köçürülməsi planlaşdırılır. Donor tapılıb və ümümi məbləğin 62 min dolları yığılıb. Daha 40 min dollar yığılmalıdır”, - M. Abuzərovun qardaşı bildirib.
O deyir ki, həkimlər müalicələrin effektiv olduğunu bildirirlər və Muradın sağalma ehtimalının yüksək olduğunu deyirlər.
Muradın ailə üzvləri xeyirxah və yardımsevər insanlara müraciət edərək, imkanları daxilində köməklik göstərmələrini xahiş edirlər.

KapitalBank: 4169 7388 0589 5707
ABB: 4127 2081 3229 3142
Atası Firudin Abuzərov: +99450 556 06 19

DİGƏR XƏBƏRLƏR

Top