İmran Xan “Nobel”ə namizəd göstərildi


Pakistanın keçmiş baş naziri, ən böyük müxalifət partiyası olan “Ədalət Uğrunda Hərəkat”ın yaradıcısı İmran Xan Pakistan Dünya Alyansı hüquq müdafiə təşkilatı tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Times of India” qəzeti alyansa istinadla məlumat yayıb.
“Biz İmran Xanın Pakistanda insan hüquqları və demokratik dəyərlərə verdiyi töhfəyə görə Nobel Sülh Mükafatına namizəd göstərmişik”, - deyə alyans öz bəyanatında qeyd edib.
İmran Xan ikinci dəfədir ki, bu nüfuzlu mükafata namizəddir. 2019-cu ildə o, Hindistanla hərbi gərginliyi azaltmaq səylərinə görə Pakistanda Nobel Sülh Mükafatına namizəd göstərilib və daha sonra Pakistan parlamentində onun namizədliyini dəstəkləmək üçün qətnamə təqdim edilib.
Bununla belə, Xan Nobel mükafatına layiq olmadığını bildirib.
Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top