Berbok Kiyevə getdi


Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə elan olunmamış səfərlə gedib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Berbok Ukraynaya dəstək üçün daha 130 milyon avro ayrıldığını açıqlayıb.
“Bu gün biz humanitar yardım fondlarına əlavə olaraq 130 milyon avro ayırdıq”, - deyə XİN rəhbəri Kiyevə çatdıqdan sonra deyib.
Qeyd edək ki, bu, Berbokun Ukraynaya nazir kimi fəaliyyətə başladıqdan sonra 11-ci, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri isə 9-cu səfəridir.

DİGƏR XƏBƏRLƏR

Top