Həcc ziyarətinə sənəd qəbulunun müddəti uzadıldı


Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti kimi uzadılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri danışıb.
O bildirib ki, Həcc ziyarətinə getmək üçün sənəd qəbulunun müddəti aprel ayının ortalarına kimi uzadılıb.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Tələb olunan sənədlər:
1. Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4. Sağlamlıq haqqında arayış.

DİGƏR XƏBƏRLƏR

Top