
ABŞ administrasiyası xarici vətəndaşların, o cümlədən diplomatların və jurnalistlərin Çinin Tibet Muxtar Bölgəsi ərazisinə girişinə qoyulan məhdudiyyətlərlə əlaqədar Çin rəsmilərinə viza məhdudiyyətləri tətbiq edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyanat yayıb.
“Bu gün mən Tibet ərazilərinə xarici vətəndaşların girişi ilə bağlı siyasətin işlənib hazırlanması və ya həyata keçirilməsində əhəmiyyətli rol oynadığı aşkar edilən Çin rəsmilərinə əlavə viza məhdudiyyətləri tətbiq etmək üçün tədbirlər görürəm”, - Rubio bəyanatda qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz