Putin fərman imzaladı – 160 min nəfər hərbi xidmətə göndəriləcək


Aprelin 1-dən başlayan vətəndaşların hərbi xidmətə çağırışı 160 min nəfərin hərbi xidmətə yola salınmasını nəzərdə tutur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Aprelin 1-dən 2025-ci ilin yaz aylarında vətəndaşların hərbi xidmətə çağırışı başlayır. Rusiya Federasiyası Prezidentinin 31 mart 2025-ci il tarixli 187 nömrəli fərmanına əsasən, cari ilin yaz aylarında 160 min nəfərin hərbi xidmətə yola salınması planlaşdırılır", - nazirlikdən bildirilib.
Vətəndaşların yalnız payız çağırış kampaniyası dövründə hərbi xidmətə çağırıldığı Uzaq Şimalın 54 bölgəsi və onlara bərabər tutulan bəzi ərazilər istisna olmaqla, yaz çağırışı Rusiya Federasiyasının bütün subyektlərində keçiriləcək.
Bildirilir ki, bu, həmin ərazilərin iqlim xüsusiyyətləri ilə bağlıdır. 

DİGƏR XƏBƏRLƏR

Top