Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı artdı


Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 17-yə çatıb, 32 nəfər yaralanıb, 83 nəfər itkin düşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat yayıb.
Açıqlanan rəqəmlərə görə, ən çox ölüm - 9 nəfər Banqkokun şimalında tikilməkdə olan Baş Auditor İdarəsinin binasının uçması nəticəsində baş verib. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Banqkok meri Çatçat Sittiphan bildirib ki, mühəndislik xidmətləri şəhərdə 723 binaya baxış keçirib və onlardan ikisinin təhlükəli vəziyyətdə olduğu aşkarlanıb.
Xatırladaq ki, martın 28-də Myanmada güclü zəlzələ baş verib. Tailand Meteorologiya İdarəsinin məlumatına görə, onun maqnitudası 8,2 olub. Zəlzələ nəticəsində ölənlərin sayı 1000-i keçib. Zəlzələ Taylandda da hiss edilib. Yeraltı təkanlar Banqkok və onun ətraflarında, həmçinin krallığın şimal, şimal-şərq, mərkəzi və cənub bölgələrində hiss olunub.

DİGƏR XƏBƏRLƏR

Top