Kanadanın yeni baş naziri plagiatda ittiham edilir


Kanadanın yeni baş naziri Mark Karni doktorluq dissertasiyasında plagiatda ittiham edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “National Post” qəzeti məlumat yayıb.
Məlumata görə, siyasətçi 1995-ci ildə Böyük Britaniyanın Oksford Universitetində iqtisadiyyat üzrə doktorluq dissertasiyasını yazıb.
Nəşrin məlumatına görə, onun “Rəqabətin dinamik üstünlüyü” adlı əsərində 10 plagiat halı aşkar edilib.
Belə ki, Karni əvvəllər dərc olunmuş dörd əsərdən atributsuz tam və ya qismən sitatlardan, eləcə də dəyişdirilmiş sözlərdən istifadə edib.
Kanadanın Baş nazirinin mənsub olduğu Kanada Liberal Partiyasının qərargahı onun dissertasiyasında bütün plagiat ittihamlarını rədd edib.
Qeyd edək ki, Mark Karni 2025-ci il martın 14-də Kanadanın baş naziri vəzifəsinə başlayıb. O, bu vəzifədə Castin Trüdonu əvəz edib.
Xatırladaq ki. Karni 2025-ci il martın 9-dan Kanada Liberal Partiyasının lideridir. 2008-2013-cü illərdə siyasətçi Kanada Bankına rəhbərlik edib, 2013-cü ildən 2020-ci ilə qədər isə İngiltərə Bankının sədri olub.

DİGƏR XƏBƏRLƏR

Top