
Myanmada 5,1 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 925 min insanın yaşadığı paytaxt Neypitaudan 19 km cənub-qərbdə yerləşib.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Yeni tələfat və dağıntılar barədə məlumat verilməyib.