
Türkiyənin Nazirlər Kabineti sabah ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq.
Yeniavaz.com “Haberturk”ə istinadən xəbər verir ki, iclasda İstanbul Böyükşəhər Bələdiyyəsi üzərində mərkəzləşən istintaq prosesi, terrordan azad Türkiyə və gündəmdə olan xarici siyasət mövzuları müzakirə olunacaq.
Bildirilib ki, İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu da daxil olmaqla 106 nəfərin şübhəli şəxs qismində cəlb olunduğu korrupsiya və terror istintaqında məhkəmə prosesi yaxından izlənilir.
Xatırladaq ki, daha öncə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu maliyyə cinayətlərinə görə həbs edilib. İmamoğlunun aparıldığı məhkəmə binasının qarşısına gecədən xeyli vətəndaş toplaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz