
Bu gün Romanın “Cemelli” xəstəxanasından buraxılacaq Papa Fransisk sətəlcəm xəstəliyindən sonra ilk dəfə ictimaiyyətin qarşısına çıxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə görüntülər paylaşılıb.
Məlumata görə, xəstəxananın qarşısındakı meydan sağalmış pontifik görməyə gələn yüzlərlə dindarla dolu olub. Papa görünməzdən əvvəl izdiham onun adını tərənnüm edib.
Xatırladaq ki, pontifik fevralın 14-də xəstəxanaya yerləşdirilib. Məlum olub ki, onun ağciyər infeksiyası var. Üstəlik, ona ikitərəfli pnevmoniyanın ilkin mərhələsi diaqnozu qoyulub. Həkimlər onu bir neçə dəfə süni ventilyasiya aparatına qoşublar. Martın 20-də Papanın vəziyyətinin yaxşılaşdığı məlum oldu - o, artıq daimi oksigen dəstəyinə ehtiyac duymur.