
Dünən axşam saatlarında motosikletdə olan naməlum silahlı şəxslər İraqın İstanbuldakı Baş Konsulluğuna atəş açıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keceli bildirib.
“Hadisə nəticəsində tələfat və maddi ziyan qeydə alınmayıb. Hüquq-mühafizə orqanlarımız hadisəni hərtərəfli araşdırır və hücum edənlərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır. Məsul şəxslər məsuliyyətə cəlb olunacaqlar. Biz İraq hakimiyyəti ilə daim əlaqə saxlayırıq. İraqın Ankara, İstanbul və Qaziantepdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülüb”, - deyə o qeyd edib.