Sürücülərə xəbərdarlıq


Martın 22-də hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil magistral yollarında görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Xatırladaq ki, martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, havanın temperaturunun ötən günlərlə müqayisədə 10-15 dərəcə enib.
Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 24-dək davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top