
Ölkə ərazisində martın 21-də qeyri-sabit, yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sürücülərə sürət həddinə riayət etmələri tövsiyə olunub:
“Görünüş məsafəsinin azalması səbəbindən sürəti azaldın və yol şəraitinə uyğun hərəkət edin. Dumanlı hava şəraitində nəqliyyat vasitənizin duman işıqlarını yandırın. Öndə gedən nəqliyyat vasitəsi ilə aranızda kifayət qədər məsafə saxlayın ki, ani əyləcləmə zamanı toqquşmanın qarşısını alasınız. Xüsusilə məhdud görünüş şəraitində yol nişanlarına və işarələrinə daha çox diqqət yetirin”.