Həsən Kür reanimasiyadadır


“Xəstə Həsən Zeynallı (Kür) sol ayağından əməliyyat olunub. O hazırda reanimasiya şöbəsindədir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu Leyla Mərcan məlumat verib.
O bildirib ki, Həsən Kürün əməliyyatı ağır keçib:
“Əməliyyat zamanı xəstə çox qan itirdi. Təqribən, 5 saat davam edən proses ağır olsa da, əməliyyat uğurla yekunlaşdı, hazırda vəziyyəti stabildir. Hələ ki, müalicəsi reanimasiya şöbəsində davam etdirilir”.
Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o “Sevinc Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.
Qeyd edək ki, şair Həsən Kür İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

DİGƏR XƏBƏRLƏR

Top