
“ABŞ qiymətli iqtisadi resursları olan Rusiya ilə əlaqələr qurmalıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp “Breitbart News” portalına müsahibəsi zamanı deyib.
“Biz Rusiya ilə iş görməliyik. Onlar dünyanın ən böyük quru ərazisinə malikdirlər, Çindən də böyükdür. Onların 11 saat qurşağı var. Siz ölkənin bir küncündən digərinə 11 saat qurşağı ilə uça bilərsiniz. Onların torpaqları qiymətli resurslarla zəngindir”, - deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, Tramp və Rusiya Prezidenti Vladimir Putin martın 18-də telefonla Ukraynadakı vəziyyəti, gərginliyin qarşısının alınması şərtlərini və bir sıra beynəlxalq məsələləri müzakirə ediblər . Kremlin mətbuat xidmətinin məlumatına görə, liderlər Moskva və Vaşinqtonun əməkdaşlıq qura biləcəyi geniş sahələri, o cümlədən gələcəkdə iqtisadiyyat və enerji sektorunda qarşılıqlı faydalı əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.