“Zelenski də Trampın təklifi ilə razılaşdı” – “Bloomberg”

zelenski trampla bu tarixdə görüşəcək
ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Ukrayn Prezidenti Volodimir Zelenski Rusiya ilə enerji obyektlərinə zərbələrin qarşılıqlı dayandırılmasına razılaşıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbəyə istinadən “Bloomberg” məlumat yayıb.
Agentliyin mənbəsi əlavə edib ki, hər iki tərəf atəşkəs rejiminin daha da genişləndirilməsi üzərində işləmək barədə razılığa gəlib.
“Suspilne”nin Ukrayna prezidentinin ofisindəki mənbələri bildiriblər ki, söhbət zamanı prezidentlər həmçinin səmada və dənizdə “sükut rejimi”nin təfərrüatlarını razılaşdırıblar və cəbhədə sükuta necə nail olmağı müzakirə ediblər. Bundan əlavə, Zelenski Trampı döyüş meydanındakı vəziyyətlə bağlı məlumatlandırıb.
Trampın özü Zelenski ilə söhbəti çox yaxşı adlandırıb və deyib ki, müzakirənin böyük hissəsi Rusiya və Ukraynanın istək və ehtiyaclarını uyğunlaşdırmaq üçün prezident Putinlə dünənki söhbət üzərində qurulub. ABŞ prezidenti başqa təfərrüatları açıqlamayıb.
Zelenskinin ofisi hələlik Trampla söhbəti şərh etməyib.

DİGƏR XƏBƏRLƏR

Top