
Bakıdakı Olimpiya Stadionu 2027-ci ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi etməyəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Bildirilib ki, Avropanın ən nüfuzlu klub turnirinin final oyunu 2027-ci ildə İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” stadionunda baş tutacaq.
Qeyd edək ki, Çempionlar Liqasının 2026/27 mövsümünün finalına ev sahibliyi etmək üçün Bakı və Madrid UEFA-ya müraciət etmişdilər.
Tətbiqimizi yükləyə bilərsiniz