
Xəbər verdiyimiz kimi, bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 12,8% artaraq 1 062,9 manat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3 830,2 manat, qeyri neft-qaz sektorunda 1 010,8 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1 017,2 manat, özəl müəssisələrdə isə 1 110,0 manat təşkil edib.
Məlumat üçün bildirək ki, orta aylıq əməkhaqqı istisnasız olaraq iqtisadiyyatın bütün sahələrində artıb.
Cədvəldə son bir ildə orta aylıq əməkhaqqının iqtisadi fəaliyyət sahələri üzrə necə dəyişdiyi göstərilib:

Murad Məmmədov