Ərdoğan Trampla bu tarixdə görüşəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşməyi planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Türkiyə siyasətindəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, artıq onun təşkili üzərində iş gedir.
Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Ərdoğan Ankara Və Vaşinqton arasında strateji tərəfdaşlığın gücləndirilməsini regional sabitlik üçün kritik hesab edir, çünki Türkiyə Ukraynadan Suriyaya kimi məsələlərdə aparıcı vasitəçi olmağa çalışır.
Hələlik Ankara məsələ ilə bağlı heç bir rəsmi şərh verməyib.
Digər tərəfdən, bazar günü Trampla telefon danışığı zamanı Ərdoğan ABŞ Prezidentini Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı ilk səlahiyyət müddətində Türkiyə müdafiə sənayesinə tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb.
O, həmçinin Türkiyənin F-35 qırıcıları proqramına yenidən daxil edilməsini və yeni F-16-ların satışı ilə bağlı razılaşmanın yekunlaşdırılmasını istəyib.

DİGƏR XƏBƏRLƏR

Top