Əkrəm İmamoğlunun universitet diplomu ləğv edildi

imamoğlunun 7 il 4 aya qədər həbsi istənilir
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun universitet diplomu ləğv edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məzunu olduğu İstanbul Universiteti məlumat yayıb.
Bildirilib ki, universitet, aralarında İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomlarını “açıq-aşkar səhv” səbəbi ilə geri götürərək ləğv etmək qərarına gəlib:
“Universitetimizin İdarə Heyətinin 18 mart 2025-ci il tarixli 61-ci iclasında qəbul edilmiş 3 saylı qərarla, Biznesin idarə edilməsi fakültəsinin ingilis dili proqramına qeyri-qanuni şəkildə keçən 38 nəfərdən 10 nəfərin yerdəyişmə (yatay geçiş) qərarının Universitetimizdə qeydiyyatı silindiyi müəyyən edilmişdir. 28 məzunun yerdəyişmə qərarları və həmin şəxslərin bu qərarlar əsasında aldıqları diplomları “açıq-aşkar səhv” əsasları ilə geri alınmaqla ləğv edilir”.
İmamoğlunun vəkili Mehmet Pehlivan universitet rəhbərliyinin belə bir səlahiyyətinin olmadığını və diplomu yalnız fakültənin ləğv edə biləcəyini bildirib.
Qeyd edək ki, 1994-cü ildə İstanbul Universitetinin Biznesin idarə edilməsi fakültəsinin ingilis dili proqramını bitirən İmamoğlunun Girne Amerika Universitetindən yerdəyişmə yolu ilə buraya gəldiyi məlumdur.
Ölkə mətbuatında bildirilir ki, İmamoğlunun Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi olacağı gözlənilirdi. Universitet məzunu olmaq Türkiyədə prezident olmaq üçün tələblərdən biridir.

DİGƏR XƏBƏRLƏR

Top