
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında telefon danışığı olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ağ Ev rəhbərinin müavini Daniel Skavino bildirib.
“Prezident Tramp səhər saat 10:00-dan (Bakı vaxtı ilə 18:00) Oval kabinetdə Rusiya Prezidenti Vladimir Putinlə danışır. Söhbət yaxşı gedir və hələ də davam edir”, - rəsmi şəxs bildirib.
Qeyd edək ki, bu, Trampın yanvarın 20-də ikinci dəfə vəzifəyə başlamasından sonra Rusiya Federasiyası və ABŞ prezidentləri arasında ikinci rəsmi telefon danışığıdır. Birincisi fevralın 12-də baş tutub və burada Tramp və Putin Rusiyanın Ukrayna ilə müharibəsinə son qoymaq üçün danışıqlara başlamaq barədə razılığa gəliblər.
Tətbiqimizi yükləyə bilərsiniz