Kennedinin qətli ilə bağlı məxfi sənədlər üzə çıxarılır


ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı 80 min səhifəlik material çərşənbə axşamı ictimaiyyətə açıqlanacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Amerika Prezidenti Donald Tramp Vaşinqtonda Con Kennedi İfaçılıq Mərkəzini ziyarət edərkən jurnalistlərə bildirib.
“Seçkiqabağı kampaniya zamanı mən dedim ki, o sənədləri ictimaiyyətə açıqlayacağam. Və mən sözümün adamıyam, ona görə də sabah Kennedi ilə bağlı sənədləri alacaqsınız”, - Tramp deyib.
Tramp həmçinin həmin sənədlərin təxminən 80 min səhifə olduğunu bildirib.
Qeyd edək ki, yanvarın 23-də Tramp Kennedinin və Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin qətli ilə bağlı məxfi materialların yayılmasına dair sərəncam imzalayıb.
Kennedi 1963-cü il noyabrın 22-də Texasda seçki kampaniyası zamanı Dallasda öldürülüb. Cinayəti araşdırmaq üçün yaradılan rəsmi komissiya, sui-qəsdin təkbaşına hərəkət edən Li Harvi Osvaldın işi olduğu və geniş yayılmış sui-qəsd olmadığı qənaətinə gəlib.
Komissiyanın qənaətinə görə, atəş Dallasın mərkəzi meydanında yerləşən məktəb dərslikləri anbarının altıncı mərtəbəsindən atılıb. Orada teleskopik nişanlı tüfəng və işlənmiş patronlar aşkar edilib.
Bu günə qədər ABŞ Milli Arxivlər və Qeydlər Administrasiyasının məlumatına görə, Kennedinin qətlinə həsr olunmuş fondlardan təxminən 5 milyon səhifənin 99%-nin məxfiliyi ləğv edilib.

DİGƏR XƏBƏRLƏR

Top