
Martın 18-nə keçən gecə İsrailin Qəzza zolağında döyüşləri bərpa etməsindən bəri həlak olan fələstinlilərin sayı 400-ü keçib, 560-dan çox insan yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, anklavda səhər tezdən həyata keçirilən əməliyyat nəticəsində Qəzza zolağının xəstəxanalarında bu dəqiqəyə kimi 404 nəfər ölüb, 562 nəfər yaralanıb.
***12:48
İsrailin Qəzza zolağına endirdiyi irimiqyaslı aviazərbələr nəticəsində 350-dən çox fələstinli həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Telekanal məlumatına görə, anklavın Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda İsrailin aviazərbələri nəticəsində ölənlərin sayı 356 nəfərdir.
Onların 180-ə yaxınının İsrailin zolağın inzibati mərkəzi - Qəzza şəhərinə endirdiyi aviazərbələr nəticəsində həlak olduğu qeyd edilir.
Bundan əlavə, son məlumata görə, sektorda ən azı 1000 fələstinli yaralanıb.
Qeyd edək ki, martın 18-də İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS hərəkatına məxsus hədəflərə irimiqyaslı zərbələr endirdiyini bildirib.
Amerikanın “Axios” portalının jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə istinadla İsrailin anklavda HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa etdiyini bildirib.