ABŞ Rusiyanın Ukraynaya təcavüzünü araşdıran beynəlxalq mərkəzi tərk edir


ABŞ Rusiyanın Ukraynaya təcavüzü zamanı törətdiyi cinayətləri araşdıran beynəlxalq qrupu tərk etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ hakimiyyəti martın 17-də Avropa İttifaqının Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyinə rəsmi bildiriş göndərəcək.
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı Təcavüzünün Araşdırılması üzrə Beynəlxalq Mərkəz (ICPA) 2023-cü ildə fəaliyyətə başlayıb. Mərkəzin baş ofisi Haaqada yerləşir və onun əsas məqsədi təcavüz cinayətlərinə dair sübutların toplanmasıdır.
Nəşrin məlumatına görə, Birləşmiş Ştatlar 2022-ci ildə yaradılmış hərbi cinayətlər üzrə istintaq qrupunun işini də dayandırır. Qrup Rusiya Federasiyasının Ukraynada törətdiyi hərbi cinayətlərin təhqiqatını əlaqələndirirdi.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Ukraynada müharibəyə son qoymaq niyyətində olduğunu bildirib. Fevralın əvvəlindən ABŞ nümayəndələri Səudiyyə Ərəbistanında əvvəlcə Rusiya, daha sonra isə Ukrayna nümayəndə heyəti ilə görüşüblər. ABŞ 30 günlük atəşkəs razılaşmasını təklif edib və Ukrayna buna razı olub.

DİGƏR XƏBƏRLƏR

Top