Messi Bekhemdən Poqbanı istəyir


“İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi klubun sahibi Devid Bekhemdən komandaya Pol Poqbanı transfer etməyi xahiş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Poqba dopinqə görə diskvalifikasiya olunduqdan sonra azad agentdir.
“İnter Mayami” fransızı transfer etməyi ciddi şəkildə düşünür. Belə ki, Florida klubu yarımmüdafiəçi üçün favorit hesab olunur.
Qeyd edək ki, bundan əvvəl Pol Poqbanın “Nyu York Siti” ilə matçda “İnter Mayami”nin prezidenti Devid Bekhemlə görüşdüyü barədə məlumat yayılıb. Ancaq görüşün təfərrüatları məqsədi barədə məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top