
“AB xarici işlər nazirliklərinin rəhbərləri Ukraynaya ən azı 20 milyard avro dəyərində hərbi yardım paketi hazırlayırlar”.
Yeniavaz.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Aİ-dəki həmkarları ilə görüş üçün Brüsselə gələrkən deyib.
“Brüsseldə hərbi əməliyyatları dəstəkləyən mövqe üstünlük təşkil etməkdə davam edir. Xarici İşlər Nazirləri Şurasının bugünkü iclasında Ukraynaya ən azı 20 milyard avroluq maliyyə yardımı paketi hazırlanır”, - Siyarto bildirib.
O, macar vergi ödəyicilərinin pullarının Ukraynaya silah tədarükünün maliyyələşdirilməsinə sərf edilməsinə icazə verməyəcəklərini qeyd edib.
Nazir Macarıstanın bunun əvəzində Ukrayna münaqişəsinin həlli üçün Rusiya və ABŞ arasında sülh danışıqlarını dəstəklədiyini bildirib.
O, həmçinin son üç ildə sülhün heç vaxt indiki qədər yaxın olmadığını əlavə edib.