Əmək müqaviləsi ilə işləyənlərin sayı 21,5 min, müqavilələrinin sayı isə 13 min azalıb – Rəsmi


Bu ilin yanvar ayında Azərbaycanda muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 21,5 min nəfər və ya 1,2% azalaraq 1 milyon 757 min nəfərə düşüb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar ayında dövlət sektorunda muzdla çalışan işçilərin sayı 3,3 min, qeyri-dövlət sektorunda muzdla  çalışan işçilərin sayı isə 18,2 min nəfər azalıb.
Fevral ayının əvvəlinə olan məlumata görə, əmək müqaviləsi ilə işləyən işçilərin 879,5 min nəfəri dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dövlət Vergi Xidmətinin açıqladıqları məlumatlarda isə Azərbaycanda əmək müqavilələrinin sayının daha az azaldığı bildirilir. Nazirliyin açıqladığı məlumatda göstərilib ki, bu ilin əvvəlində ölkədə 1 milyon 873 min əmək müqaviləsi olub. Dövlət Vergi Xidmətinin məlumatında isə qeyd olunub ki, fevral ayının 1-də əmək müqavilələrinin sayı 1 milyon 860 mini ötüb. Göründüyü kimi, yanvar ayında əmək müqavilələrinin sayı 13 min azalıb.
Əmək müqaviləsi ilə çalışanların sayının əmək müqavilələrinin sayından 40% (8,5 min) çox azalmasının necə baş verdiyi barədə rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.
Qeyd edək ki, bu, eyni şəxslə birdən çox əmək müqaviləsi bağlanıldığı zaman baş verə bilər.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top