
Bu ilin fevral ayının 1-nə olan rəsmi məlumatlara görə, Azərbaycanda muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olub.
Yeniavaz.com xəbər verir ki, muzdla çalışan işçilərin 879,5 min nəfəri dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə muzdla çalışan işçilərin sayı 1 milyon 725,1 min nəfər olub və onlardan 901,7 min nəfəri dövlət sektorunda, 823,4 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Açqılanan məlumatlardan da göründüyü kimi, son bir ildə dövlət sektorunda işləyən işçilərin sayı 22,2 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 54,1 min nəfər artıb.
Elnur Əli