
ABŞ Prezidenti Donald Trampın bu həftə rusiyalı həmkarı Vladimir Putinlə Ukraynada üç ildir davam edən müharibəyə son qoymağın yolları barədə danışacağı gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bunu Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff CNN-ə açıqlamasında deyib.
Stiv Uitkoff münaqişənin sona çatmasında real irəliləyişə ümid etdiyini bildirib: "Mən bu həftə hər iki prezidentinə telefon danışacağını gözləyirəm və biz də ukraynalılarla əlaqə saxlamağa və danışmağa davam edirik”.
Onun fikrincə, Trampla Putin arasında söhbət müsbət olacaq: “Biz iki tərəf arasında uçurumu aradan qaldırırıq”.
Qeyd edək ki, Stiv Uitkoff martın 13-də Moskvaya gedib və orada Rusiya Prezidenti ilə bağlı qapılar arxasında danışıqlar aparıb.