
Azərbaycanın Xarici İşlər Nazirliyi insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Şimali Makedoniyaya başsağlığı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında məlumat dərc olunub.
“Şimali Makedoniya, Kocanidə onlarla insanın ölümünə yol açmış dəhşətli yanğın xəbərindən dərindən kədərləndik. Bu ürəkparçalayan itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir və yaralananların tezliklə tam sağalmasını ümid edirik”, - məlumatda deyilir.
Qeyd edək ki, ötən gün Şimali Makedoniyanın Kocani şəhərindəki gecə klubunda yanğın baş verib və azı 50 nəfər ölüb.