
Qabil Məmmədov Baş Prokurorluğa çağırılıb.
Yeniavaz.com İTV-yə istinadla xəbər verir ki, bu barədə Baş Prokurorluğun qanunvericiliyə uyğun olaraq təqdim etdiyi rəsmi məlumatda qeyd olunub.
Bildirilib ki, təqsirləndirilən şəxs Qabil Əmrah oğlu Məmmədov barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq olunub və o, aprelin 17-si saat 10:00-da şəxsiyyət vəsiqəsi ilə birlikdə Baş Prokurorluğun İstintaq İdarəsinin İnzibati binasına gəlməlidir.
Qeyd olunub ki, Q. Məmmədov Cinayət Məcəlləsinin 24 maddəsi ilə ittiham olunur. Həmin ittihamlara əsasən, Qabil Məmmədov 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldadıb və onlardan 29 min 597 manat pul alıb. O, həmçinin açıq terrorçuluğa çağırışlar etməkdə ittiham olunur.
Daha ətraflı: