1300 əməkdaşı məzuniyyətə göndərildi – “Amerikanın Səsi” susdu


“Amerikanın Səsi” radiosunun 1300-dən çox əməkdaşı inzibati məzuniyyətə göndərilib.
Yeniavaz.com
xəbər verir ki, bunu media orqanının direktoru Maykl Abramovitz “LinkedIn” sosial şəbəkə hesabında yazıb.
“83 ildə məşhur “Amerikanın səsi”nin ilk dəfə susması məni çox kədərləndirdi. Bu səhər mən öyrəndim ki, “Amerikanın Səsi”nin faktiki olaraq bütün işçiləri – 1300-dən çox jurnalist, prodüser və yardımçı heyət, o cümlədən mən inzibati məzuniyyətə buraxılmışıq”, - deyə Abramovitz bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp cümə günü ABŞ hökumətinin Qlobal Media Agentliyinin fəaliyyətinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması barədə sərəncam imzalayıb.
Qeyd edək ki, Agentlik ABŞ-nin xarici siyasət təbliğatına cavabdehdir və “Amerikanın Səsi”, “Azadlıq radiosu”/ “Azad Avropa” kimi ABŞ dövləti tərəfindən maliyyələşdirilən media orqanlarının, habelə onların internet bölmələrinin fəaliyyətini təmin edir.

DİGƏR XƏBƏRLƏR

Top