
Bakı şəhərinin Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən tamet sexində yanğın olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə hadisə ilə bağlı daxil olan məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
“Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tamet sexində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 150kv.m olan sexin dam örtüyünün taxta atmaları və içərisinə yığılmış rezin qəliblər 65kv.m sahədə yanıb.
Obyektin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub”, - məlumadta deyilir.