Tramp əmr etdi, ABŞ ordusu Yəməndə əməliyyatlara başladı – Ölü və yaralılar var


ABŞ Prezidenti Donald Tramp ABŞ ordusuna Yəmənin Ənsar Allah üsyançı hərəkatına (husilər) qarşı hərbi əməliyyatlara başlamağı əmr edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, “Truth Social”da yazıb.
“Bu gün mən Birləşmiş Ştatlar ordusuna Yəməndəki husi terrorçularına qarşı qəti və güclü hərbi əməliyyatlara başlamağı əmr etdim. Onlar Amerika və digər gəmilərə, təyyarələrə və pilotsuz təyyarələrə qarşı böyük quldurluq, zorakılıq və terror kampaniyası aparırlar”, - deyə Tramp bildirib.
O qeyd ki, husilərin hücumları bu gündən dayandırılmalıdır. Tramp həmçinin mesajında ​​İranı husilərə dəstəyi dərhal dayandırmağa çağırıb.
Daha sonra ABŞ Mərkəzi Komandanlığı məlumat yayaraq ABŞ ordusunun Ənsar Allah üsyançı hərəkatına qarşı genişmiqyaslı əməliyyata başladığını bəyan edib.
Bəyanatda deyilir ki, əməliyyat Amerikanın maraqlarını qorumaq və düşmənləri çəkindirmək məqsədi daşıyır.
“Al Masirah” telekanalının yaydığı məlumata görə, ABŞ-nin Yəmənə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 23-ə çatıb, azı 13 nəfər yaralanıb. Bildirilir ki, ölənlər arasında dörd uşaq və bir qadın var.

DİGƏR XƏBƏRLƏR

Top