
“2025-ci ilin yanvarında İsrail və HƏMAS hərəkatı arasında atəşkəs sazişinin imzalanmasından bəri Qəzza zolağında ən azı 98 fələstinli İsrail qüvvələri tərəfindən öldürülüb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, bu il yanvarın 19-dan martın 15-dək İsrail hərbçiləri tərəfindən 98 fələstinli öldürülüb, daha 27 fələstinli yaralanıb.
Qeyd olunur ki, yanvar ayında 23 nəfər ölüb, 8 nəfər yaralanıb, fevralda 31 nəfər ölüb, 16 nəfər yaralanıb, martın ilk iki həftəsində isə 44 fələstinli ölüb, 2 nəfər yaralanıb. 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına hücumları nəticəsində Səhiyyə Nazirliyi tərəfindən rəsmi olaraq təsdiqlənən ölənlərin sayı 48 529 nəfərə, yaralıların sayı isə 111 955 nəfərə çatıb.