Zelenski sülh danışıqlarına hazırlıq üçün nümayəndə heyətinin tərkibini təsdiqlədi

“trampın məni ağ evə dəvət etməsi barədə eşitməmişəm” – zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski “ ədalətli sülhə nail olmaq üçün danışıqlar prosesini təmin etmək məqsədi ilə beynəlxalq tərəfdaşlarla qarşılıqlı fəaliyyət üçün Ukrayna nümayəndə heyətinin” tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, sənəd martın 15-də Zelenskinin ofisinin saytında dərc edilib.
Sənəddə deyilir ki, danışıqlar qrupuna aşağıdakılar daxildir:
- Prezident Aparatının rəhbəri Andrey Ermak (nümayəndə heyətinin rəhbəri),
- Xarici İşlər Naziri Andrey Sıbiqa,
- Müdafiə naziri Rustem Umerov,
- Prezident Aparatı rəhbərinin müavini Pavel Palisa.
Sənəddə qeyd olunur ki, danışıqlar qrupunun rəhbəri öz işinə dövlət orqanlarının, müəssisə, idarə, təşkilatların əməkdaşlarını, habelə elmi məsləhətçiləri və ekspertləri cəlb edə bilər.
Qeyd edək ki, Andrey Yermak, Andrey Sıbiqa, Rustem Umerov və Pavel Palisa ABŞ nümayəndə heyəti ilə martın 11-də Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Ukraynanı təmsil ediblər. Həmin danışıqlarda Ukrayna ABŞ-nin 30 günlük müvəqqəti atəşkəs rejiminin yaradılması təklifinə razılıq verib, lakin Rusiya hələ də razılığını verməyib.

DİGƏR XƏBƏRLƏR

Top