Belqradda etiraz aksiyası zamanı avtomobil izdihamın üstünə sürülüb


Belqradın Jarkovo rayonunda keçirilən etiraz aksiyası zamanı BMW sürücüsü 3 nəfəri vurub.
Yeniavaz.com xəbər verir ki, hadisəni əks etdirən videogörüntülərdə sürücünün küçə ilə gedərkən insanların üzərinə sürdüyü və daha sonra hadisə yerini tərk etdiyi görünür.
Polis əməliyyatı zamanı müqavimət göstərən avtomobilin 50 yaşlı sürücüsünü aşkar edərək saxlayıb.
Toqquşma zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, zərərçəkənlər yüngül xəsarətlər alıblar.
Xatırladaq ki, dörd aydan çoxdur ki, Belqradda etirazlar keçirilir. Onlar 2024-cü il noyabrın 1-də Novi Sad qatar stansiyasındakı binanın girişi üzərində beton örtünün uçmasından sonra başlayıb. Uçqun nəticəsində 15 nəfər ölüb, iki nəfər isə ağır yaralanıb. Etirazçılar günahkarların cəzalandırılmasını və ölkə rəhbərliyinin, o cümlədən Prezident Aleksandr Vuçiçin istefasını tələb edirlər. Yanvarın sonunda Serbiyanın Baş naziri Miloş Vuçeviç istefa verdiyini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top