Tramp CNN və MSNBC-ni korrupsiya və qanunsuz fəaliyyətdə ittiham etdi


“CNN və MSNBC Demokrat Partiyasının siyasi alətləridir”.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ABŞ Ədliyyə Nazirliyində çıxışı zamanı bildirib.
“İnanıram ki, mənim haqqımdakı mənfi xəbərlərin 97,6%-ni yazan CNN və MSNBC Demokratik Partiyanın siyasi qanadlarıdır. Mən nə qədər böyük qələbə qazansam da, rəqiblərim nə qədər böyük məğlubiyyətə uğrasalar da, bu insanlar həmişə mənə hücum edəcəklər”, - Tramp bildirib.
Tramp həmçinin onları korrupsiya və qeyri-qanuni fəaliyyətlə ittiham edib.
Digər tərəfdən, Amerika lideri medianı bir-biri ilə koordinasiyaya görə tənqid edərək, onların hakimlərə təsir etdiyini və qanunları dəyişdirdiyini deyib.
“Bu qanuni ola bilməz. Biz Amerikada qanunu, asayişi və ictimai təhlükəsizliyi bərpa edirik. Biz FTB-nin, Ədliyyə Nazirliyinin və bütün hökumətimizin ən yüksək səviyyələrinə şərəf, dürüstlük və cavabdehliyi qaytarırıq”, - o əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top