
“Ermənistan Azərbaycanla sülh sazişi imzalandıqdan sonra beynəlxalq danışıqlar formatının - ATƏT-in Minsk qrupunun (onun həmsədrləri Rusiya, ABŞ və Fransadır) fəaliyyətini davam etdirməyi məqsədəuyğun hesab etmir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan parlamentdə bildirib.
“Hesab edirik ki, Azərbaycanla münasibətlərin normallaşmasından, sülh müqaviləsinin imzalanmasından sonra kağız üzərində olan münaqişəyə institusional son qoyulacaq və ATƏT-in Minsk qrupuna ehtiyac olmayacaq”, - o qeyd edib.
Qeyd edək ki, 2024-cü ilin iyununda Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bəyan etmişdi ki, ATƏT-in Minsk Qrupu 2022-ci ilin fevralında Rusiya-Ukrayna münaqişəsi başladıqdan və onun həmsədrləri bu format çərçivəsində əlaqəni dayandırdıqdan sonra de-fakto fəaliyyətini dayandırıb.