
“Sosial media istifadəçiləri arasında ən çox paylaşılan, baxılan və bəyənilən məzmun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkda görüş zamanı çəkilmiş şəklimdir”.
Yeniavaz.com “Anadolu Ajansı”na istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatına müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O qeyd edib ki, Türkiyə və Ermənistan nümayəndələri arasında əlaqələrin qurulması müsbət haldır:
“Bu, ilk baxışdan sadə görünə bilər, amma əslində kifayət qədər simvolikdir. İki ölkə nümayəndələri arasında əvvəllər mənfi reaksiyalara səbəb olan danışıqlar indi psixoloji baryerləri aşıb. Düzdür, bu, hələ ticarət kimi mühüm məsələlərə sıçraymayıb, lakin bu, əlamətdar hadisədir. Prosesin uğursuz olacağını söyləmək hələ tezdir”.