Raqif Əliyev dünyasını dəyişib


Lənkəran Dövlət Universitetinin sabiq əməkdaşı, biologiya elmləri namizədi, dosent Raqif Əliağa oğlu Əliyev dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bizim Lənkəran” məlumat yayıb.
Bildirilib ki, Lənkəranda anadan olan, uzun illər Hirkan Dövlət qoruğunun direktoru işləmiş Raqif Əliyev mart ayının 11-də vəfat edib.
Qeyd edək ki, o, 1968-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetini, 1974-cü ildə isə həmin univeritetin aspirantura pilləsini bitirib. 1977-1991-ci illərdə Hirkan Dövlət Qoruğunun direktoru vəzifəsində çalışıb. 1992-1993-cü illərdə Qızılağac Dövlət Qoruğunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. R.Əliyev 1993-cü ildən LDU-nun müəllimi, 2005-ci ildən isə həmin Universitetin dosenti vəzifəsində çalışıb. 56 elmi məqalənin, metodik göstərişin və tövsiyələrin müəllifidir.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top